Ramil Usubov Bərdəyə gedəcək
Daxili işlər naziri general-polkovnik Ramil Usubov iyunun 4-də Bərdə şəhərində daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşların qəbulunu keçirəcək.
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, qəbula Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Zəngilan rayon sakinləri yazıla bilər. Qəbul saat 11:00-da başlayır.