12 May, 2011
Mədəniyyət və Turizm Nazirliyindən xəbərdarlıq

Turizm şirkətlərindən nazirlik tərəfindən verilmiş lisenziyanın olması barədə məlumat alın

Mədəniyyət və Turizm Nazirliyi vətəndaşları daha da diqqətli olmağa çağırır. Nazirlikdən Simsar.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq müvafiq qurumun xüsusi tövsiyəsi var. 

Belə ki, ölkə vətəndaşlarına “Turizm haqqında” Qanunun 9-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq, turizm məhsulunun satışı zamanı ikitərəfli müqavilənin imzalanmasını tələb etmək, xarici ölkələrə turist səfərlərini planlaşdırdıqları zaman xidmətlərindən istifadə edəcəkləri turizm şirkətlərinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş xüsusi razılığının (lisenziya) olması barədə məlumat almaq tövsiyə olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!