12 May, 2011
“Bakı” “Xəzər Lənkəran” qarşılaşması

Oyunun keçiriləcəyi Lənkəran şəhər stadionunda “Bakı” oyun öncəsi son məşqinə çıxacaq

Futbol üzrə Unibank Premyer Liqasının XXXI turunda “Xəzər Lənkəran”ın qonağı olacaq “Bakı” paytaxtdakı hazırlıqlarını başa vurub. 

Simsar.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məşqə Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasına dəvət alan Nurlan Novruzov və Rəhman Hacıyev, eləcə də icazəli qapıçı Aqil Məmmədov qatılmayıb. 

Baş məşqçi Aleksandr Starkovun komandası Lənkərana mayın 12-də səhər saatlarında yola düşəcək. Sabah saat 18:30-da isə oyunun keçiriləcəyi Lənkəran şəhər stadionunda “Bakı” oyun öncəsi son məşqinə çıxacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!