Dövlət Əmək Müfəttişliyi isə Dövlət Əmək Müfəttişliyi Xidməti oldu
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli fərmanının qüvvəyə minməsi ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilib. Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında Təlimat”da “Bakı şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi” sözləri “Dövlət Sosial Təminat Xidməti” sözləri ilə əvəz edilib.
Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nda “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin” sözləri ilə əvəz edilib.
Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də , “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nda, “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”nda “Dövlət Əmək Müfəttişliyi” sözləri “dövlət əmək müfəttişliyi xidməti” sözləri ilə əvəzlənib.
“İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarına əlavələr edilməsi və bəzi qərarlarının və sərəncamlarının qüvvədən düşmüş hesab edilməsi barədə” qərarında “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin” sözləri ilə əvəz edilib. “İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydaları”, “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydaları”, “İşsizlərin qeydiyyata alınması Qaydaları”ında da anoloji dəyişiklik aparılıb.
“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nda isə “Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin” sözləri “Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin” sözləri ilə əvəzlənib.