21 Aprel, 2015
40 ölü, 600 yaralı - Yəməndə

Yəməndə ərəb koalisiyasının hava hücumları nəticəsində 40-dan çox dinc sakin ölüb, 600 nəfər yaralanıb.

Simsar.az-ın TASS-a istinadən verdiyi məlumata görə, hava zərbələrinin hədəfi “Ənsar Allah” hərəkatının silah anbarları olub.

Hərəkatın nümayəndələri bildiriblər ki, aviazərbələrə rəğmən silah arsenalı ziyan görməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!