21 Aprel, 2015
Bu küçələrdə hərəkət məhdudlaşdırılır
Bakının bəzi küçə və prospektlərində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Simsar.az-a verilən məlumata görə, artıq günorta saat 12:00-dan etibarən Nərimanov rayonu Nəsib bəy Yusifbəyli küçəsində və Vaqif prospektində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

İşlər axşam saat 17:00-dək davam edəcək.

Bundan başqa, bu gün axşam saat 22:00-dan etibarən Tbilisi prospektinin Bakıxanov dairəsindən İzmir dairəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam olaraq məhdudlaşdırılacaq.

İşlərin səhər saatlarınadək davam etdirilməsi nəzərdə tutulub.

Sürücülərdən göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!