21 Aprel, 2015
Gədəbəydə motosiklet qəzası - Ölən var

Bakı şəhər sakini Gədəbəydə yol qəzasında ölüb.

Simsar.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 20-də saat 13 radələrində Gədəbəy rayonunun Nərimankənd kəndində Bakı şəhər sakini Əziz Əsgərov idarə etdiyi “Yamaha” markalı dövlət qeydiyyat nişanları olmayan motosikleti aşırıb. Nəticədə Ə.Əsgərov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!