21 Aprel, 2015
Hava buludlu olacaq
Aprelin 22-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam havanın tutqun olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova  Simsar.az-a açıqlamaısnda bildirib ki, şimal-qərb küləyi əsəcək və güclənəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 11-15 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-15, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 8-13 isti olacaq.

Tibbi meteoloji proqnoza gəlincə, aprelin 22-23-də Abşeron yarımadasında xəzri küləyinin güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!