21 Aprel, 2015
Türkiyə İrəvan reysini dayandırdı

Türkiyə aprelin 24-nə olan İstanbul-İrəvan çarter reysini ləğv edib.

Simsar.az xəbər verir ki, bunu Ermənistan Mülki Aviasiyasının Baş idarəsinin mətbuat katibi Ruben Qrdzelyan söyləyib.

Onun sözlərinə görə, Türkiyənin qeyri-hökumət təşkilatlarının bir sıra nümayəndələri 24 aprel qondarma erməni soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün İrəvana gəlmək niyyətində olub. Lakin bu uçuş Türkiyədə qondarma erməni soyqırımı məsələsi ətrafında qaldırılmış söz-söhbətdən sonra ləğv edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!