21 Aprel, 2015
"Mercedes"lə “Hyundai” toqquşdu - Ölən və yaralananlar var

Bakıda ağır yol qəzası baş verib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb.

1988-ci il təvəllüdlü Elvin Qürbətovun idarə etdiyi “Hyundai” markalı avtomobil 1962-ci il təvəllüdlü Aydın Allahverdiyevin idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub. Nəticədə “Hyundai” markalı maşının sürücüsü E. Qürbətov aldığı xəsarətdən hadisə yerində keçinib. Həmin maşında olan sərnişin, 1983-cü il təvəllüdlü Ramil Abbasov və digər avtomobilin sürücüsü xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!