21 Aprel, 2015
Kamran qələbəni coşqu ilə qeyd etdi - VİDEO

Türkiyə PTT I Liqasında 28-ci turuna yekun vurulub. Simsar.az xəbər verir ki, turun son matçında millimizin qolkiperi Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" doğma meydanda yığmamızın hücumçusu Vaqif Cavadovun formasını geyindiyi "Boluspor"u qəbul edib.

Qarşılaşma 3:0 hesabı ilə Kamran Ağayevin komandası "Kayserispor"un qələbəsi ilə başa çatıb. Yığmamızın qapıçısı 90 dəqiqə meydanda olsa da, Vaqif Cavadov cəmi 9 dəqiqə forma geymək şansı qazanıb.

Oyundan sonra “Kayserispor” qələbə soyunub-geyinmə otağında çılğın şəkildə qeyd edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!