21 Aprel, 2015
Rusiyalı ulduz Bakıda konsert verəcək

Bakıda Rusiyanın ən populyar müğənnilərindən biri Yuliya Saviçevanın konserti olacaq. Musiqi axşamı mayın 14-də Azərbaycan Dövlət Musiqili Teatrında reallaşacaq.
Y. Saviçeva gənc olmasına baxmayaraq ifaçı bir çox hitlərə imza atıb. O, "Fabrika zvezd", "Ulduzlarla rəqs", "Odin v odin" və "Avroviziya" müsabiqələrində iştirak edib.
Musiqiçi ailəsində doğulan Saciçeva tamaşalarda rol alıb. Lakin geniş auditoriyaya onu 2003-cü ildə "Fabrika zvezd" müsabiqəsi tanıtdı. Daha sonra o, "Avroviziya" müsabiqəsinə milli seçim turlarının qalibi oldu və Rusiyası təmsil etdi. 2005-ci ildə onun "Vısoko" debüt albomu işıq üzü gördü. "Privet", "Nikak", "Zima", "Otpusti" kimi hitlərini dinləmək üçün pərəstişkarları onun bütün konsertlərinə bilet alırdı.
Rusiyalı ulduzun konsertinə biletlərin qiyməti   38-125 AZN arasındadır. Konsert saat  20:00-da başlayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!