21 Aprel, 2015
Türkiyədən ermənilərə JEST

“24 apreldə Osmanlı erməniləri bütün dünyada olduğu kimi Türkiyədə də yad ediləcək”.

Simsar.az xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Əhməd Davudoğlu açıqlama verib. O, 24 apreldə erməni kilsəsində dini mərasimin baş tutacağını bildirib:

“Osmanlı ermənilərinin xatirəsini anmaq və mədəni irslərinə sahib çıxmaq Türkiyənin tarixi borcudur. Bu mənada 24 apreldə erməni kilsəsində dini mərasim keçiriləcək. Həmin gün Osmanlı erməniləri bütün dünyada olduğu kimi Türkiyədə də yad ediləcək. 1915-ci ildə köç zamanı həyatını itirən Osmanlı ermənilərini hörmətlə yad edir və yaxınlarına başsağlığı veririk”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!