21 Aprel, 2015
“Yüz illik dastan” – Rekord qıran VİDEOROLİK

Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü münasibəti ilə video-rolik hazırlanıb.

Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  “Yüz illik dastan” adlı ekran işində prezident Rəcəb Tayyib Ərdoğan Arif Nihat Asiyanın “Dua” şeirini oxuyub. Bütün televiziyalarda eyni anda ekrana gələn filmdə Ərdoğanın Çanaqqala şəhidləri üçün  dua edərkən çəkilmiş görüntüləri də yer alıb.

Ekran işinin finalında isə Qazi Mustafa Kamal Atatürkün portreti gəlir və əsgərlərin “Emret komutanım” səsləri eşidilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!