21 Aprel, 2015
Novruz Məmmədovdan Avropaya İTTİHAM

“İnsan haqlarına bu qədər “qayğı” göstərən bəzi Avropa dövlətləri Aralıq dənizində Avropa arzusu ilə ölən minlərlə afrikalının taleyinə gündəlik hadisə kimi baxır”.

Simsar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Aralıq dənizində aprelin 19-da baş verən gəmi qəzası ilə bağlı özünün Tvitter səhifəsində yazıb.

“Aralıq dənizi artıq bir böyük qəbiristanlığa çevrilib. Bu dənizə Arada ölənlər dənizi adı vermək daha məntiqli olar. Müstəmləkə sistemi dağılan vaxtlar Avropa ölkələri Afrika və Asiyalılara qapıları açmışdılar. Bu da geosiyasi məhəbbətin göstəricisi idi”, - Məmmədov yazıb.

Qeyd edək ki, aprelin 19-da Aralıq dənizi sahillərində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində 800 nəfər həlak olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!