21 Aprel, 2015
Bu gecə həyəcan davam edəcək

Bu gün Çempionlar Liasının ¼ final mərhələsinin cavab oyunlarına start veriləcək. Simsar.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Səfərdə PSJ üzərində 3:1 hesablı qələbə qazanan “Barselona” bu dəfə Paris klubunu doğma azarkeşləri önündən qəbul edəcək.

Gözlənilmədən Portuqaliyada “Porto”ya 1:3 hesabı ilə uduzan “Bavariya” bu dəfə rəqibini evdə qəbul edəcək.  Hər iki qarşılaşma saat 23:45-də başlayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!