21 Aprel, 2015
Dollar yenə bahalaşdı
Bu gün aprelin 20-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bir qədər bahalaşıb.

Simsar.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 21-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0004 manat və ya 0,04% bahalaşaraq 1,0506 manat səviyyəsində qərarlaşıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0064 manat və ya 0,56% ucuzlaşaraq 1,1269 manat olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!