20 Aprel, 2015
PSJ-də kapitan şoku

PSJ "Barselona"ya qarşı Çempionlar Liqasının 1 /4 finalında keçiriləcək cavab qarşılaşmasına ciddi itki ilə çıxacaq.

Simsar.az-ın məlumatına görə, komandanın kapitanı Tiaqo Silva zədə səbəbindən sözügedən qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, T.Silva Kataloniya klubuna qarşı ilk matçda zədələnmişdi. Onun ikinci oyuna kimi zədəsinin sağalması mümkün olmayıb.

Xatırladaq ki, bu komandalar arasında Parisdə keçirilən ilk oyun "Barselona"nın 3:1 qələbəsi ilə başa çatıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!