20 Aprel, 2015
Zavodda yanğın

Beyləqan rayonunda yanğın hadisəsi qeydə alınıb.

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Beyləqan rayonu, Mil qəsəbəsində (rayon mərkəzindən 22 km aralı) “CTS AQRO” MMC Beyləqan pambıq istehsalı və emalı zavodunun ərazisində ümumi sahəsi 1500 kv.m olan talvarın altına yığılmış 200 ton pambıq tayasının 5 tonu yanıb.

Yanğından pambıq tayasının qalan hissəsi mühafizə olunub. Yanğın saat 21.05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!