20 Aprel, 2015
İmişlidə dövlət bayrağına HÖRMƏTSİZLİK
İmişlidə Azərbaycanın dövlət bayrağına hörmətsizlik edilir. Bu barədə rayon sakini Saleh Qafarlı adlı şəxsi sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, rayonun mərkəzindəki bayraq meydanındakı Azərbaycan bayrağı yararsız vəziyyətə düşsə də, xeyli müddətdir heç bir tədbir görülmür:

"Dəfələrlə ictimailəşdirməyimizə baxmayaraq, bir tədbir görülmür. Bayraq cırılsa da, parçalarla yamayırlar və bunun da ömrü çox qısa olur. Cənab başçı, dövlətimizin bayrağına beş-on metr parça almağa gücünüz çatmırsa, deyin, biz İmişli camaatı olaraq adama bir manatdan yığıb təmir etdirək".

Güman edirik ki, rayon rəhbərliyi bu biabırçılığın aradan qaldırılması istiqamətində müvafiq addım atacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!