20 Aprel, 2015
Maradona Türkiyədə məşqçiliyə başlayır?

Almaniyada yaşayan əskişəhərli iş adamı Levent Karaca “Əskişəhərspor”un idarəçiliyinin onda olmasını arzuladığını və klubun rəhbəri olarsa, Dieqo Maradonanı Türkiyəyə gətirəcəyini açıqlayıb.

Simsar.az-ın virtual.org-a istinadən məlumatına görə, iş adamı “Əskişəhərspor”a sahib olmaq üçün klubun nə qədər borcu varsa, hamısını ödəyəcəyini bildirib.

L.Karaca deyib ki, artıq məşhur futbol adamları ilə görüşüb, Türkiyəyə gəlmələri üçün onlarla anlaşıb: “Komandanın baş məşqçisi olması üçün Maradona ilə artıq danışığımız olub və razılaşmışıq. Futbolçulardan isə Dieqo Forlan və Assu-Ekotto ilə razılıq əldə olunub. Digər futbolçuların adlarını isə qarşıdakı günlərdə açıqlayacağam”.

Levent Karaca 30 ildir ki, Almaniyada yaşayır. O, inşaat işləri ilə məşğuldur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!