20 Aprel, 2015
Bakıda 11-ci sinif şagirdini bıçaqladılar

Bakıda məktəbli oğlan bıçaqlanıb.

Simsar.az xəbər verir ki, Nizami rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Qara Qarayev prosopektində, “Çinar” marketin arxasında 1998-ci il təvəllüdlü Muradov Elvin Əmrah oğlu bıçaqlanıb. O, çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalardan sonra E.Muradovun Rövşən adlı şəxs tərəfindən bıçaqlanması müəyyən edilib.

Bildirilir ki, zərərçəkmiş orta məktəbin 11-ci sinif şagirdidir. Onu bıçaqlayanın da məktəbli olduğu məlum olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!