11 May, 2011
UÇAN ADAM – VİDEO

O, saatda 305 kilometr sürətlə hərəkət edib

“Raket adam” ləqəbli İsveçrəli macəraçı Yves Rossy kürəyinə taxdığı reaktiv mühərrik və qanadı ilə ABŞ-ın Arizona ştatındakı Grand Canyonda havada uçmağa başlayıb. 
Simsar.az-ın haberturk.com-a istinadən verdiyi məlumatda bildirilir ki, raket adamın Grand Canyon döşəməsinin 2,4 kilometr üstündə 4 mühərikli qurğu ilə uçması bənzərsiz görüntülərə səhnə olub. Bu görüntülərə tamaşa edənlər təəccübünü gizlədə bilməyib.
ABŞ-dakı ilk uçuşunu həyata keçirən raket adam, Grand Canyon səmalarında saatda 305 kilometr sürətlə hərəkət edib. O, paraşütünü açdıqdan sonra yerə sağ-salamat enib.

Aynurə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!