20 Aprel, 2015
Bakıda 6 maşın külə döndü + Fotolar + VİDEO

Bakının Tbilisi prospektində yerləşən "Qafqaz" hotelinin yanındakı yarımtikilidə güclü yanğın olub.

Simsar.az xəbər verir ki, hadisə şahidlərinin SalamNews-a verdikləri məlumata görə, yanğın nəticəsində ərazidəki altı avtomobil yanaraq, külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, təcili tibbi yardım avtomobilləri, o cümlədən post patrul xidmətinin əməkdaşları gəliblər.

Şahidlər bildirirlər ki, hava küləkli olduğundan yanğının hotel binasına keçmə ehtimalı böyükdür.

Hazırda yanğının qarşısının alınmağı üzrə işlər aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!