20 Aprel, 2015
"Türkiyənin Eynşteyni" vəfat etdi

“Türkiyənin Eynşteyni” kimi tanınan Prof. Dr. Oqtay Sinanoğlu 80 yaşında vəfat edib.

Simsar.az türk mətbuatına istinadən xəbər verir ki, Oqtay Sinanoğlu müalicə aldığı xəstəxanada həyatını itirib. Xarici İşlər naziri Mövlüd Çavuşoğlu öz Tvitter hesabından "Prof. Oqtay Sinanoğluna Allahdan rəhmət diləyirəm. Cənazəsinin ölkəmizə gətirilməsi üçün səfirliklə əlaqə saxlayırıq", - yazıb.

Qeyd edək ki, dünyada professor adını alan ən gənc şəxs kimi tarixə düşən Oqtay Sinanoğlu 60 ildir həllini tapmayan bir riyazi hesablamanı həll edərək elm tarixinə adını qızıl hərflərlə yazdırmışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!