20 Aprel, 2015
Türk musiqisini dünyaya tanıdacaq LAYİHƏ

“Sıra sende Avropa” və “Sıra sende Türkiye” səs yarışması Türk musiqisini dünyaya tanıdır.

Simsar.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə,  “Sıra Sende” səs yarışması, hər şənbə və bazar günləri TRT Musiqi və TRT Avaz-da olacaq.

Bir sıra sərhədləri aşan səs yarışması “Sıra sende Avropa” və “Sıra sende Türkiyə” şənbə və bazar günləri Türkiyə saatıyla 19.30 - da ortaq yayında TRT Musiqi və TRT Avaz kanallarında musiqisevərlərlə görüşəcək.

Proqram bazar günləri Türkiyə saatıyla 19.30-23.00 arasında Türk Dünyasının kanalı TRT AVAZ-da  Türk Dünyasında yayımda olacaq.
Türk Dünyasının Televiziyası TRT Avaz bu verlişlə türk musiqisini Türk Dünyası ilə görüşdürməyə və musiqisevərlərin ortaq bəyənməsinə qarşılıq verməyi hədəfləyir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!