11 May, 2011
Neft Fondunun icraçı direktoru Əl-Küveytdə

Şahmar Mövsümov: " Suveren Fondların Beynəlxalq Forumuna qatılır"

2011-ci il mayın 11-13-də Çin Xalq Respublikasının Pekin şəhərində Suveren Fondların Beynəlxalq Forumunun üçüncü iclası keçirilir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edir.

ARDNF-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a bildirilib ki, Suveren Fondların Beynəlxalq Forumu Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılıb və onun ilk rəsmi iclası 2009-ci il 8-9 oktyabr tarixlərində Bakı şəhərində keçirilib.

SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətlərinin anlaşılmasını asanlaşdırmaqdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!