18 Aprel, 2015
Tikinti işlərinin keyfiyyətinə nəzarət gücləndirilir

Azərbaycana tikinti işlərinin keyfiyyətinə nəzarət etmək üçün yeni qurğular gətiriləcək. Simsar.az-ın məlumatına görə, bunu İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun beton və dəmir-beton texnologiyalar laboratoriyasının rəhbəri Malik Mirzəyev deyib.

Onun sözlərinə əsasən, bu qurğular sayəsində beton, artmaturun keyfiyyətini, körpülərdə yaranan çatlaqları, binaların fundamentini və s. təqdiq etməyə imkan verəcək.

M. Mirzəyev əlavə edib ki, binaların vaxtında möhkəmləndirilıməsini aparmağa imkan verəcək ki, bu da olduqca vacib vəzifədir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!