11 May, 2011
Müəllimlərin statusu sosial təminatlarını yaxşılaşdıracaq

Şəmsəddin Hacıyev: "O, müvafiq qanunlara dəyişikliklər olunacağını istisna etmirəm"

«Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsinin böyük əhəmiyyəti var». Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.

SalamNews-un məlumatına görə, Ş.Hacıyev bildirib ki, bu statusun üstünlüyü daha çox təhsil işçilərinin sosial təminatı ilə bağlıdır.

Komitə sədri məsələ ilə bağlı iş aparıldığını, müəyyən təkliflərin irəli sürüldüyünü bildirib. O, müvafiq qanunlara dəyişikliklərin olunacağını da istisna etməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!