18 Aprel, 2015
Azərbaycanın 5 ildir axtardığı şəxs Rusiyada tutuldu

2007-ci ilin iyul ayından bəri Azərbaycan Respublikası Cinayət Məcələssinin 182-ci maddəsi ilə axtarışda olan şəxs saxlanılıb.

Simsar.az-ın verdiyi xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nəsimi RPİ Cinayət Axtarış İdarəsi tərəfindən hədə-qorxu ilə tələb etməyə görə axtarışa verilən 1988-ci il təvəllüdlü Rufan Qasımov Rusiyada həbs olunub.

R.Qasımov Rusiyanın Orlov vilayət Daxili İşlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun Azərbaycana ekstradisiya məsələlərinin həll olunması üçün 30 gün müddətində barəsində həbs qətimkan tədbiri seçilib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!