18 Aprel, 2015
Öncə arvadını sonra polisləri döydü – Bakıda

Bir neçə gün öncə Bakıda həyat yoldaşını döyən ər haqda polisə şikayət olunub.

Simsar.az verdiyi xəbərə görə, aprelin 13-də saat 01 radələrində Bakıxanov qəsəbəsində 35 yaşlı Bilal Əsgərov həyat yoldaşı Yeganə Vəli qızını döyüb.

Məsələ ilə bağlı B.Əsgərov Polis Bölməsinə dəvət edilib. O, bölməyə gələrək oradakı polis əməkdaşlarını da döyüb, onları təhqir edib. Sonra isə Növbətçi Hissənin şüşəsini sındırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!