18 Aprel, 2015
Tarixi İpək yolu yenidən qurulacaq

Türk nəqliyyatçıları tarixi İpək Yolunu yenidən bərpa etmək üçün  təmir işlərinə başlayıblar.

Simsar.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, məqsəd Türkiyədən çıxan tırları Orta Asiyaya Xəzər dənizi üzərindən sürətli və vaxtında çatdırmaqdır: “Türkiyənin ixracatında əhəmiyyətli mövqeyə sahib olan Orta Asiya ölkələrinə ixrac edilən məhsulların böyük qismi tırlarla aparılır. Nəqliyyatçılar məhsulları Xəzər dənizi ətrafından keçərək Orta Asiyaya çatdırırlar. Bu isə həm zaman həm də pul itkisinə səbəb olur”.
Ən qısa və ucuz xərcli yol iritutmlu  yükdaşıma maşınlarının (tır) Bakıdakı limanlardan istifadə edərək, Xəzər dənizi vasitəsi ilə “Ro-Ro” gəmiləriylə Türkmənistana çatdırmaqdır.

Məlumata görə, qanunvericilikdə olan bəzi çatışmazlıqlar bu yoldan istifadəyə mane olur.  Beynəlxalq Nəqliyyatçılar Dərnəyi də “Xəzər dənizi marşrutu” layihəsi ilə problemi həll etməyə çalışırlar.

İqtisadiyyat və Nəqliyyat nazirliklərinin də dəstək verdiyi layihə çərçivəsində Bakıda Azərbaycandan olan rəsmilərlə bir sıra görüş keçirilib.
Problemin həll edilməsi istiqamətində əvəllər Azərbaycandan ildə 2 min 500 səfər olurdusa bu layihədən sonra bu rəqəmin 30 minə çatdırılması gözlənilir.

“Xəzər dənizi marşrut”  proyekti ilə tarixi ipək yolunun Xəzər dənizi üzərindən yenidən inşa edilməsi planlaşdırılır.

Aysel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!