11 May, 2011
Hamı eyni qədər pensiya alacaq

Səlim Müslümov: "minimal pensiya olmayacaq"

Simsar.az xəbər verir ki, bu barədə Azərbaycan Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov parlamentin sosial siyasət və hüquq siyasəti və dövlət quruculuğu komissiyalarının “Əmək pensiyaları haqqında” qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı keçirilən birgə iclasda söyləyib.

“Pensiyaların artırılması ilə bağlı sosial müdafiə fondunda 40 nəfərdən ibarət xüsusi komissiya yaradılıb. Bu komissiya 2006-cı ildən 2010-cui ilə qədər pensiyaya çıxan 1 milyona yaxın insanın işini araşdırır və onların tpensiyaları arasında ortaya çıxan fərqlərin öyrənilməsi ilə məşğul olur”, - deyə Müslümov qeyd edib.

Onun sözlərinə görə, komissiya 2011-ci ilin iyununa qədər araşdırmaları başa çatdıracaq və 845 min insan artırılmış pensiya alacaq.

Səlim Müslümov həmçinin qeyd edib ki, artrılmış pensiyanı yaşından, aldığı istehsal zədələrindən və başqa səbəblərdən asılı olmayaraq hamı alacaq. 2006-cı ildən 2010-cu ilə qədər pensiyaya çıxanların pensiyalarının məbləğindəki fərqlərə toxunan Müslümov qeyd edib ki, bu fərq aradan qaldırılacaq: “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər ediləndən sonra ölkədə minimal pensiya olmayacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!