18 Aprel, 2015
Prezidenti öldürmək istəyən şəxs həbs olundu - 11 il 8 ay

İstanbul məhkəməsində ötən ilin mayında Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd törətməkdə günahlandırılan şəxsə hökm oxunub.

Simsar.az-ın “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə Ferhat Yıldız 11 il,  8 ay müddətinə azadlıqdan məhrum edilib.

F.Yıldız hakim Ədalət və İnkişaf Partiyasının təşkil etdiyi nümayiş zamanı Ərdoğana əldəqayırma tapançadan atəş açmağa cəhd etmişdi.

Qeyd edək ki, prokurorluq F.Yıldıza 20 il cəza istəmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!