18 Aprel, 2015
18 yaşayış məntəqəsi qazlaşdırılıb - SOCAR

Cari ilin birinci rübündə 18 yaşayış məntəqəsi qazlaşdırılıb.

Simsar.az SOCAR-a istinadən xəbər verir ki, “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”na uyğun olaraq, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkənin hər yerində genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri həyata keçirilir.

Qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən işlərin nəticəsidir ki, təbii qazla təchiz olunan yaşayış məntəqələrinin sayı durmadan artır. Cari ilin yanvar-mart ayları ərzində 2062,2 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb. Həmn dövrdə Ağstafa, Füzuli, Ağcabədi, Ağsu, Cəlilabad, İsmayıllı, Yevlax, Tərtər, Bərdə, Şamaxı, Lənkəran, Astara, Şabran və Zaqatala rayonları üzrə 18 yaşayış məntəqəsi qazlaşdırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!