17 Aprel, 2015
Xeyli erməni əsgər yaralandı, ölən var

Ermənistanda hərbçiləri daşıyan avtomobil aşıb.
Simsar.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, hadisə axşam saatlarında baş verib.

Belə ki, hərbçiləri daşıyan URAL markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Çox sayda erməni əsgəri yaralanıb. Lakin onlardan üçünün vəziyyəti ağırdır. Yaralılar dərhal mərkəzi hospitala yerləşdiriliblər.

Qəza nəticəsində xəsarət alan əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb. 1995-ci il təvəllüdlü əsgər Artem Gerasi qəza zamanı aldığı travmadan ölüb.

Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!