11 May, 2011
Yeni tikililər nə vaxt təhvil alınır?

Nazir bu suala aydınlıq gətirdi

“Bakıda hələ də təhlili aparılmayan yeni tikililər mövcuddur”. Simsar.az-ın məlumatına görə, bunu jurnalistlərin suallarına cavab olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, binalar tikilən zaman müvafiq komissiya tərəfindən yoxlama aparılır: “Beton, armatur, digər konstruksiyalar təhlil olunur, tikinti nəzarətinin ekspertizası keçirilir. Bundan sonra yeni bina təhvil alınır”.

Vaxtilə belə komissiyanın olmadığını qeyd edən nazir hazırda təhlili aparılmamış binaların olduğunu bildirib: “Tikilən bütün binaların təhlili aparılmalıdır. Təhlil aparılmadan binanı təhvil almaq mümkün deyil. Bəziləri binaların tikiləndən sonra təhvil alınmasını istəyir. Lakin bu mümkün deyil. Təhlil aparmaq çətin prosesdir və xeyli maliyyə vəsaiti tələb edir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!