17 Aprel, 2015
İraqlı qadınların acı statistikası

İraqda dul qadınların sayı günbəgün artır. Simsar.az-ın məlumatına görə, son hesablamalar nəticəsində ölkədə ümumilikdə 1 milyon 500 min dul qadının olduğu müəyyən edilib.

İraq qadın işləri naziri Bayan Nuri isə qonşu ölkələrlə müqayisədə bu rəqəmin çox yüksək olduğunu bildirib. O həmçinin qeyd edib ki, belə bir vəziyyətin yaranmasına səbəb ölkədə qeyri-stabil vəziyyətin hökm sürməsidir.

"Ölkədə dul qadınlar üçün təsis edilən aylıq 150 min dinar (120 dollar) maaş da büdcədə maliyyə vəsaiti çatışmazlığına görə ödənilə bilmir. Başqa bir tərəfdən isə 8 il davam edən İran-İraq müharibəsi nəticəsində 500 min, Küveyt müharibəsi nəticəsində isə təxminən 100 min qadın dul qalıb", - deyə nazir əlavə edib.

İraq Parlamenti Ailə və Uşaq Komissiyası üzvü Rezan Şeyx Dler 2014-cü ildən başlayan və hələ də davam edən İŞİD müharibəsi nəticəsində təxminən 500 min qadın dul qalıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!