17 Aprel, 2015
Subay pilotlara iş olmayacaq

"Türk Hava Yolları" şirkəti maraqlı çağırış edib.

Simsar.az-ın məlumatına görə, aviaşirkətin direktoru Temel Kotil subay pilotları evlənməyə səsləyib.

Onun sözlərinə görə, bunun sayəsində aviaqəzaların baş vermə ehtimalı azalacaq.

"Germanwings" aviaşirkətinin təyyarəsinin Fransada qəzaya uğramasının səbəblərini araşdırdıqdan sonra "Türk Hava Yolları" rəhbərliyi belə qənaətə gəlib.

Qeyd edək ki, həmin qəzanın səbəbkarı şəxsi həyatında problemləri olan ikinci pilot olmuşdu.

T.Kotil qeyd edib ki, kişi və qadın pilotların həyat tərzi çox vacibdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!