17 Aprel, 2015
Qayınatası ilə qayınanasını bıçaqlayan şəxs tutuldu

Zabratda qayınanası ilə qayınatasını bıçaqlayan şəxs tutulub.

 

Simsar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, aprelin 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan Yusif Cəfərovun evində qohumu, Gürcüstan vətəndaşı Ceyhun Kalov münaqişə zəminində ona və arvadı Ofeliyaya bıçaqla xəsarət yetirərək, hadisə yerini tərk edib.

 

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Kalov tutulub.

 

 

C.Kalov Yusif Cəfərovun kürəkənidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!