17 Aprel, 2015
Klub nümayəndələri ilə görüş keçirildi

Bu gün AFFA-nın inzibati binasında növbəti mövsüm UEFA-nın yarışlarında və Azərbaycan Premyer Liqasında çıxış etmək üçün lisenziya almaq məqsədilə müraciət etmiş klubların nümayəndələri ilə görüş keçirilib.

Simsar.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, klubların rəhbər şəxslərinin və maliyyə üzrə mütəxəssislərinin iştirak etdiyi görüşdə baş katib Elxan Məmmədov çıxış edib, lisenziyalaşdırma prosesi, o cümlədən maliyyə Fair Play-i ilə bağlı məsələlər ətraflı müzakirə olunub, klublara müvafiq tövsiyələr verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!