17 Aprel, 2015
Studiyada ad günü çal-çağırı – Fotolar

Müğənni  Vüsalə Rəcova sənət dostlarını başına toplayıb aparıcısı olduğu “Səhər çağı” verlişində özünə yaddaqalan doğum günü qeyd edib. Onu təbrik etməyə gələn xalq artisti Səməd Səmədov, əməkdar artistlər Cavanşir Məmmədov, Təyyar Bayramov, xanəndə İlkin Əhmədov, müğənnilər Rüfət Axundov, Vasif Məhərrəmli, Elariz Məmmədoğlu və başqaları studiyanı canlı ifaları, təbrikləri ilə canlandırıblar. Mətbuata açıqlama verən V.Rəcova adətini pozub, verlişin bu dəfəki qonaqlarının sayını özəl gün münasibəti ilə artıq edib. Həmin buraxılışa sənətçi bahalı brendlərdən olan 3 kq yarım libasını geyinib.
“Sənətçi dostlarım məni güllərə qərq etdilər. Ən böyük gül çələngini nişanlım Qafurdan aldım. Gülləri birbaşa studiyaya gətirdi. Amma hədiyyəsi bunula bitmir. Sürprizlərdən biri isti ölkələrdən birinə səfərimiz olacaq. Orda da hədiyyəsinin olacağını bildirib. Doğum gününü Bakıdan kənarda qeyd edəcik. Bu səbəbdən verlişin çəkilişini bir neçə gün əvvələ saldıq” – deyən Vüsalə xanım bir məqamı da açıqladı. Bəlli oldu ki, xanım sənətçi qaynanası ilə eyni gündə, aprelin 19-da  dünyaya gəlib. Səfərdən öncə qaynanasına dəyərli hədiyyə təqdim edəcək sənətçi yeniliklərdən söz açdı.
Öyrəndik ki, Vüsalə xanımın yeganə övladı Ülvünün adına ansambl yaradıb. Sözügedən verlişdə və eyni zamanda digər verliş və tədbirlərdə Vüsalə xanım ansamblın müşayiəti ilə canlı xalq və bəstəkar mahnıları ifa edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!