17 Aprel, 2015
Abel Məhərrəmova Moskvada vəzifə verildi

Sankt-Peterburq Dövlət İqtisad Universitetində 150-dək üzvü olan Avrasiya Universitetlər Assosiasiyasının XIII Qurultayı keçirilib.

Simsar.az xəbər verir ki, 100-dən çox universitet rektorunun iştirak etdiyi qurultayda Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Avrasiya Universitetlər Assosiasiyasının vitse-prezidenti seçilib. Bundan başqa, ona  M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Elmi Şurasının qərarı ilə “Fundamental və tətbiqi elmlərin inkişafında böyük xidmətlərinə və Moskva Dövlət Universiteti ilə çoxillik səmərəli fəaliyyətinə görə” MDU-nun Fəxri professor adı, diplomu və medalı təqdim olunub.

Qeyd edək ki, Abel Məhərrəmov indiyə qədər Türkiyə, Rumıniya, Qazaxıstan, Ukrayna, Albaniya, Çin Xalq Respublikası, Yaponiya, Gürcüstan və digər ölkələrin universitetləri və akademiyaları tərəfindən də fəxri doktor və professor adlarına layiq görülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!