17 Aprel, 2015
Abdul Xalidin "Can yoldaşım" adlı konsertində nələr olacaq? - VİDEO + FOTO

Simsar.az xəbər verir ki, tanınmış estrada müğənnisi Abdul Xalid 15 may saat 21.00-da "Khazar İsland"da (Xəzər Adaları) yerləşən "Stingray" restoranının səhnəsində çox fərqli konsert proqramı ilə çıxış edəcək.

Beynəlxalq Ailə Gününə təsadüf edəcək özəl gecə "Can yoldaşım" şüarı ilə keçiriləcək.

Pərəstişkarları ilə görüşə ciddi hazırlaşan A.Xalid, əməkdaşımızla söhbətində konserti barəsində bunları söylədi: "Oxucularınız da təsdiqləyərlər ki, son vaxtlar dayanmadan yaradıcılığımda yeniliklər etməyə çalışıram. Bu təkcə mənim zəhmətim deyil, ümumilikdə yanımda olan komandamızın uğurudur.

15 may konsertinə gəlincə, ideya mən tərəfindən irəli sürüldü və hazırlıq işlərinə start verdik. Həmin gün sevilən hitlərin bəstəkarı, aranjimançısı kimi tanınan Bəbir Bəbirli və peşəkar musiqiçilər məni müşayiət edəcəklər. Konsertə aparıcılıq etmək yaxın dostum, sevimli teleaparıcı Samir Bayramlıya həvalə olunub.

Mənə hər zaman dəstək olan Azərbaycanın əməkdar artisti, Tünzalə Ağayeva da gecənin özəl qonağı kimi bizimlə birlikdə olacaq. Konsertdən sonra Dj Frick və Dj Lord'un iştirakı ilə səhərə qədər super diskoteka təşkil olunacaq. "AX group production" tərəfindən təşkil olunacaq konsertin PR-ı Şahin Cavadsoya həvalə olunub".

Simsar.az-ın informasiya dəstəyi verdiyi "Can yoldaşım" konsertində iştirak etmək istəyənlər 055 555 00 81 nömrəsinə zəng edib biletləri əldə edə bilərlər. Ünvan: Qaradağ rayonu, Xəzər dənizi sahili.

Kəmalə Amirova Simsar.Az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!