17 Aprel, 2015
“Doydum şou”da yəhudi mətbəxi nümayiş etdirildi - FOTOLAR

“yAnar saat”ın “Doydum şou”sunun budəfəki qonaqlığını müğənni Xəyyam Nisanov etdi. O, dinləyiciləri Quba mətbəxi ilə tanış etdi. Müğənni Pasxa bayramı ilə əlaqədar olaraq yəhudulərin dini mətbəxini nümayiş etdirdi. 15 ildir radio məkanının yeganə mətbəx şousunda bu dəfə dequstatrlar qismində bəstəkar-müğənni, aparıcı Murad Arif, müğənni Natavan Həbibi və skripka ifaçısı Maestro Ceyhun iştirak etdi. Quba mətbəxi haqqında məlumat verən Xəyyam bildirdi ki, Pasxa bayramı münasibəti ilə hazırlanan bu süfrədə xüsusi şəkildə, xüsusi üsul və qaydalarla bişirilmiş etnik yeməklər qoyulmalıdır: “Bu süfrədəki təamlarda duz olmur. Süfrəyə spirtli içki qoyulmur”. Süfrədə N. Həbibi vişnə salatını bəyəndiyini dedi. Yeməklərin diyetik olması isə ciddi-cəhdlə dieta saxlayan M. Arifin üryincə oldu. Maestro Ceyhun isə süfrədəki bütün təamların dadına baxdı. Toyuq, şabalıd, yumurta ilə olan yeməyi bəyənən Anar, Xəyyama yəhudi mətbəxi olan restoran açmağı təklif etdi. Yemək zövqü haqqında danışan Natavan isə ona tanış olmayan yeməklərin dadına baxmağı xoşladığını bildirdi.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!