17 Aprel, 2015
Arzuxan Əlizadə AMİP sədrliyinə iddialıdır

“Partiya lideri Etibar Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) növbəti qurultayında iştirak edə bilər”.

Bu barədə Simsar.az-a AMİP baş katibi Arzuxan Əlizadə məlumat verib.

O bildirib ki, Mərkəzi Şuranın aprelin 12 keçirilən iclasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) növbəti qurultayının keçirilməsi ilə bağlı qərar qəbul olunub: “Mənim sədrliyimlə Təşkilat Komitəsinin yaradılması ilə bağlı qərar verilib. Siyasi şuranın növbəti həftə keçiriləcək iclasında Təşkilat Komitəsi formalaşacaq və konfransların keçirilməsi qrafiki müəyyənləşəcək. Şübhəsiz ki, konfransların keçiriləcəyi müddət ərzində ilkin olaraq partiya sədirliyinə namizədlərin verilməsi məsələsi gündəmə gələ bilər. Hələ ki, konfranslar keçiriləcək. Nazmizədlərin bir və ya bir neçə nəfər olması istisna deyil.

“AMİP-in bütün rayon təşkilatlarında konfranslar keçiriləcək. Bunlar hamısı vaxt aparan məsələlərdir. Rayon təşkilatları ilə də məsləhətləşmələr aparılmalıdır. Bundan sonra qurultayın hansı ayda keçiriləcəyi məlum olacaq. Amma təxmini plan belə nəzərdə tutulub ki, qurultay parlament seçkilərindən əvvəl keçirilsin” - deyə, partiya baş katibi bildirib.

A.Əlizadə özünün sədrliyə namizəd ola bilməsindən də danışıb: “Hələlik qəti fikir söyləmək istəmirəm. Prosesin gedişində qərarımızı açıqlayacağıq. Amma mənim və ya kiminsə alternativ olaraq namizədliyimizin verilməsi istisna deyil. Çünki AMİP-də kifayət qədər sədr olmağa potensialı və istəyi olan partiya üzvləri var”.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!