17 Aprel, 2015
30-cu tur başlayır - AFİŞA

Bu gün Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları keçiriləcək.

Simsar.Az-ın məlumatına görə, turun bütün oyunları eyni gündə baş tutacaq.

Ötən turda səfərdə "Qarabağ"a uduzmaqla avrokuboklara getmək şansını azaldan AZAL klubu öz meydanında "Sumqayıt"ıa qarşılaşacaq. "AZAL Arena"da keçiriləcək oyun saat 16:00-da başlayacaq.

Paytaxt derbisində "Bakı" və "İnter" üz-üzə gələcək. Çempionluq uğrunda mübarizəsini davam etdirən "İnter" bu görüşdə qələbə qazanmağa çalışacaq. Cari mövsüm heç də yaxşı günlərini yaşamayan "Bakı"nın "İnter"ə necə müqavimət göstərəcəyi maraqla gözlənilir.

Zaqatalada yerli "Simurq" klubu "Qarabağ"ı sınağa çəkəcək. Premyer Liqada turnir cədvəlinə başçılıq edən Ağdam təmsilçisi bu görüşdə qələbə qazanmaqla liderliyini bir qədər də möhkəmləndirəcək. Lakin evdə güclü təsir bağışlayan "Simurq"un "Qarabağ"dan xal almağa çalışacaq.

Günün son qarşılaşmasında "Neftçi" və "Qəbələ" münasibətlərinə aydınlıq gətirəcək. Komandaların turnir cədvəlinin qonşu pillələrində qərarlaşdığını nərəzə alsaq, azarkeşləri maraqlı oyunun gözlədiyini söyləmək olar. Hazırda dördüncü pillədə olan "Qəbələ" bu görüşdə qələbə qazanacağı təqdirdə, "Neftçi" ilə xal fərqini 3-ə endirəcək. Əks təqdirdə bu komandalar arasındakı xal fərqi 9-a yüksələcək.

 

 

17 aprel

Azərbaycan Premyer Liqası, 30-cu tur

16:00. AZAL – “Sumqayıt”
Hakimlər:
Orxan Məmmədov, Elman Musayev, Elşən Acalov, Etibar Həsənov
“AZAL Arena”.

16:00. “Bakı” – “İnter”
Hakimlər:
Vüsal Əliyev, Munis Abdullayev, İsgəndər Əliyev, Xəlil Xəlilov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

18:00. “Simurq” – “Qarabağ”
Hakimlər:
Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Elvin Əsgərov
Zaqatala şəhər stadionu.

20:00. “Neftçi” – “Qəbələ”
Hakimlər:
Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov
“Bakcell Arena“.




Turnir cədvəli

N Klublar O Q H M T-F X
1 Qarabağ 26 17 6 3 42-22 57
2 İnter 25 12 11 2 40-12 47
3 Neftçi 26 13 7 6 32-20 46
4 Qəbələ 26 11 7 8 35-32 40
5 Simurq 26 10 5 11 35-28 35
6 AZAL 26 8 7 11 28-37 31
7 Xəzər Lənkəran 26 7 6 13 32-40 27
8 Sumqayıt 25 4 8 13 23-36 20
9 Bakı 26 2 7 17 16-56 13
10 Araz Naxçıvan 0 0 0 0 0-0 0




Bombardirlər:

Draqan Çeran ("Simurq") - 12 qol
Nurlan Novruzov ("Bakı") - 12 qol
Reynaldo Silva ("Qarabağ") - 9 qol
Freddi Mombonqo (AZAL) - 8 qol
Mikel Alvaro (“İnter”) - 8 qol
Franka Nildo ("İnter") - 8 qol    
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 8 qol
Cavid Hüseynov ("Qəbələ") - 8 qol
Nikolas Kanales ("Neftçi") - 8 qol
Rəşad Eyubov ("Simurq") - 7 qol

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!