17 Aprel, 2015
"Qarşısı alınmasa, Türkiyə 50 ilə yenidən…”

“Papanın “soyqırım” şərhi və ardınca da Avropa Parlamentinin qərarı Türkiyəyə qarşı adı qoyulmamış müharibə elanıdır”.

Simsar.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzetinin yazarı Yusuf Kaplan çıxış edib. O, Qərbin qondarma soyqırımdan istifadə edərək Türkiyənin yüksəlişinin qarşısını almağa çalışdığını bildirib:

“Papanın “soyqırım” şərhi və ardınca da Avropa Parlamentinin qərarı Türkiyəyə qarşı adı qoyulmamış müharibə elanıdır. Tarixin yenidən qurulduğu mərhələdən keçirik. Qərblilər Türkiyənin 50 il ərzində toparlanıb, yenidən bölgənin tarixini formalaşdıracaq yeganə aktyor mövqeyinə gələcəyini çox yaxşı görürlər. Ona görə də Türkiyəni hələ yolun əvvəlindəykən “boğmaq” istəyirlər. Əgər Türkiyənin qarşısı alınmasa, qərblilərin dünyadakı hegemonluğu təhlükəyə girmiş olacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!