17 Aprel, 2015
Maştağada maşın qaçıran yeniyetmə bir nəfəri öldürdü

Dünən Maştağada ağır yol qəzası baş verib.

Bakı şəhər BPİ-dən Simsar.az-a verilən məlumata görə, aprelin 16-da saat 18 radələrində, Maştağa qəsəbəsi B.Bağırov küçəsində qəsəbə sakini 2000-ci il təvəllüdlü Kamran Bəyəliyev qohumu Cəfər Bəyəliyevə məxsus “Mercedes” markalı avtomobili qaçırıb. O yolda 2001-ci il təvəllüdlü Aftandil Vahidovu və Tələt Seyidovu vurub, sonra idarəetməni itirərək maneəyə dəyib. Nəticədə K.Bəyəliyev, sərnişini Kənan Hüseynov və A.Vahidov xəstəxanaya yerləşdirilib. T.Seyidov hadisə yerində ölüb, digərlərinin vəziyyətləri ağırdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!