17 Aprel, 2015
Azərbaycanlı alimin beynəlxalq uğuru

AMEA Botanika İnstitutunun baş elmi işçisi, a.ü.f.d. Əmrah Məmmədov nüfuzlu "Elsevier" nəşriyyatında dərc edilən ətraf mühit, ekologiya, bioelmlər, meşə, torpaq, su və bitkilər üzrə yüksək impakt faktorlu "Pedosphere" jurnalının redaksiya heyətinə üzv seçilib. Azərbaycan Milli Elmlər Akademiyas Botanika Institutundan Simsar.az-averilən məlumata görə, hazırda Ə. Məmmədov Plant and Soil, Geoderma, Soil Science Society of American Journal və s. kimi 30-a yaxın impakt faktorlu jurnala rəyçilik edir.

Qeyd edək ki, göstərilən sahələr üzrə impakt faktorlu (Science Citation Index, Web of Science) beynəlxalq jurnallarda Amerika, Avropa və Asiya ölkələrinin nümayəndələrindən ibarət redaksiya heyətinin tərkibində Ə. Məmmədov Azərbaycandan olan azsaylı təmsilçilərindəndir.

Aysel



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!